• Ərdoğan Trampın hücumçu siyasətinə kəskin reaksiya verib
    Ərdoğan Trampın hücumçu siyasətinə kəskin reaksiya verib

Türkiyə prezidenti ABŞ prezidentinin Türkiyəyə qarşı hədə-qorxuları və hücumçu siyasətinə reaksiyada bildirib ki, Türkiyə xalqı ölər amma zilləti qəbul etməz.

İRİB-in verdiyi məlumata görə, Rəcəb Təyyib Ərdoğan Donald Trampın Türkiyənin bazar günü saat 18.00-dək amerikalı keşişi azad etməli olduğuna dair təhdidi barədə deyib: Amerika təhdid dili ilə Türkiyəni diz çökdürə bilməz. 

Ərdoğan Türkiyənin bir casus keşişə qurban verilməsinin strateji müttəfiqliyə yaraşmadığını bildirərək deyib: Türkiyə qanuna əsaslanır və heçvaxt qanun çərçivəsindən çıxmayacaq. 

Türkiyə prezidenti həmçinin Amerikanı dünyada iqtisadi müharibə başlatmaqda ittiham edərək deyib: Türkiyə ən çox ticarət dövriyyəsinə malik olduğu İran, Rusiya, Çin və Ukrayna ilə bu ölkələrin milli valyutaları ilə ticarət üçün lazımı hazırlıqlar aparmaqdadır. 

Ərdoğan deyib: Avropa ölkələri də dollardan qurtarmaq istəyərlərsə Türkiyə onlarla da oxşar mütodla işləməyə hazırdır. 

Aug 12, 2018 16:22 Asia/Baku
Şərhlər