• Türkiyə Rusiya və Çin ilə birgə hərbi manevrdə iştiraka dəvət olundu

Türkiyənin hərbi və siyasi rəsmiləri bu ölkə ordusunun Sibirdə keçiriləcək "Vastok" böyük hərbi manevrində iştirakı məsələsini araşdırırlar.

Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyənin müdafiə naziri Hulusu Akar Tehrandan qayıdarkən jurnalistlərə deyib: Rusiya Türkiyəni Sibirdə Çinin iştirakı ilə keçiriləcək "Vostok" hərbi manevrində iştiraka dəvət edib. Bu manevr hazırkı şəraitdə böyük əhəmiyyət kəsb edir. Və Türkiyə rəsmiləri hal hazırda bu manevrdə iştirakın mümkünlüyünü araşdırırlar.

Türkiyə mediaları Ərdoğan hökumətinin bu manevrdə iştiraka hazırlığını elan edəcəyi təqdirdə, Türkiyə Çin və Rusiya ilə birlikdə öz hərbi gücünü nümayiş etdirmək fürsəti əldə edəcək. Bu isə ABŞ və NATO üçün ciddi mesaj sayılır.

Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi Valeri Gerasimov "Vostok-2018" hərbi manevrinin Rusiya tarixində ən iri və ən modern hərbi manevr olacağını deyib.

300 min hərbçinin iştirak edəcəyi böyük "Vostok-2018" hərbi manevrində 36 min quru qərargahı və 1000 ədəd təyyarə iştirak edəcək. 6 gün davam edəcək manevr cari sentyabr ayının 11-də start götürəcək.

Teqlər

Sep 10, 2018 17:22 Asia/Baku
Şərhlər