• Səudiyyə İstanbuldakı konsulluğunda axtarış aparılması ilə razılaşıb
    Səudiyyə İstanbuldakı konsulluğunda axtarış aparılması ilə razılaşıb

Türkiyə Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanının bu ölkənin İstanbuldakı konsulluğunda axtarış aparılmasına hazır olduğunu bildirib.

Əl-Məyadin telekanalının verdiyi məlumata görə, Türkiyənin XİN bu gün bildirib: Səudiyyə Ərəbistanı Türkiyənin təhlükəsizlik qüvvələrinin bu ölkənin İstanbuldakı konsulluğunda səudiyyəli jurnalist ilə əlaqədar axtarış aparmasına hazırdır. 

Türkiyə XİN dünən Səudiyyə Ərəbistanının Türkiyədəki səfiri Vəlid Bin Əbdül-Kərim Əl-Həcirini çağırtdıraraq jurnalist Camal Xaşoqçinin yoxa çıxması barədə Səudiyyənin İstanbuldakı konsulluğunda axtarış aparılması tələbini ona elan edib.

Səudiyyə Ərəbistanının Türkiyədəki səfiri ötən çərşənbə günü də Türkiyə XİN-inə çağırılmışdı. 

Oct 09, 2018 17:28 Asia/Baku
Şərhlər