• Türkiyə infilyasiya ilə hərtərəfli mübarizəyə başlayıb
    Türkiyə infilyasiya ilə hərtərəfli mübarizəyə başlayıb

Türkiyənin maliyyə naziri infilyasiya ilə mübarizə aparmaq məqsədilə qiymətlərin aşağı salınmasından xəbər verib.

Türkiyənin maliyyə naziri Bərat Albayrak çərşənbə axşamı xalqı qiymətlərin bahalaşması ilə milli mübarizəyə dəvət etməklə yanaşı, özəl sektorun bəzi məhsulların qiymətinin 10%-ə kimi ucuzlaşdırılması ilə razılaşdığını deyib. 

Türkiyənin maliyyə naziri infilyasiya ilə hərtərəfli mübarizə vəd edib. Ötən sentyabr ayında Türkiyədə infilyasiya 25%-ə çatıb. Bu isə Türkiyə tarixində misilsizdir. 

Bərat Albayrakın çıxışından sonra qiymətlərdə nisbi azalma müşahidə edilib və Türkiyə lirəsi dollar müqabilində möhkəmlənib. Beləliklə ötən gün hər bir dollar 6.15 Türk lirəsinə mübadilə edilib. Türkiyə lirəsi cari ildə 38% dəyər itirib. Bu da ölkədə qiymət artımına səbəb olub. Eyni zamanda, infilyasi yeni iqtisadi qüdrət kimi formalaşmaqda olan Türkiyədə xarici sərmayə qoyuluşuna mənfi təsir buraxıb. Türkiyənin Mərkəzi Bankı bunu nəzərə alaraq ötən ay faiz dərəcəsini artıraraq, 24%-ə çatdırıb. Bu isə 2004-cü ildən bəri ən yüksək səviyyə sayılır. Amma, iqtisadçıların qənaətinə görə, infilyasiya ilə mübarizə aparmaq üçün bir sıra digər tədbirlərin görülməsinə də ehtiyac var. Türkiyənin maliyyə naziri Bərat Albayrak ötən gün etdiyi çıxışında bu məsələyə işarə edərək, infilyasiya ilə mübarizənin sadəcə dövlət və dövlət qrumlarının işi olmadığını deyib. O, özəl sektorun qiymətləri ən az 10% aşağı salacağını deyərək, bu prosesin cari ilin sonuna kimi davam edəcəyini bildirib. Nəzərdə tutulmuş proqramlardan biri də cari ilin sonuna kimi enerji daşıyıcılarının qiymətlərinə dyişikliyin edilməməsidir. Həmçinin, əlavə dəyər vergisinin yenidən bərpa olunması nəzərdə tutulmuş digər tədbirlərdəndir. Türkiyənin maliyyə naziri həmçinin, ölkə əhalisindən elan olunmuş proqramlara sadiq qalan mağazalardan alış-veriş etmələrini istəyib. 

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan da daha öncə xalqdan yersiz qiymət artımı hallarının bildirilməsini istəmişdi. 

O, süni bahalıq yaradan tacirlər ilə ciddi rəftar olunacağı və mallarının müsadirə ediləcəyi anonsunu da vermişdi. 

Oct 10, 2018 13:07 Asia/Baku
Şərhlər