• İran və Türkiyənin daxili işlər nazirləri qaçaqmalçılıq və terror ilə birgə mübarizəni vurğulayıblar

İran və Türkiyənin daxili işlər nazirləri qanunsuz mühacirət, terror, insan alveri və narkotik maddələr qaçaqmalçılığı ilə birgə mübarizəni vurğulayıblar.

İranın daxili işlər naziri Əbdorreza Rəhmani Fəzli bu gün Ankarada Türkiyənin daxili işlər naziri Süleyman Soylu ilə görüşdə iki ölkənin sərhəd təhlükəsizliyi, narkotik maddələr, insan alveri, həmçinin əmtəə mal qaçaqmalçılığı və terrorizmlə  mübarizə sahəsindəki həmkarlığına toxunaraq, əlavə edib: İran-Türkiyə əlaqələri iqtisadi, turizm və ticarət mübadilələri sahələrində də gücləndirilməlidir.

Rəhmani Fəzli bildirib ki, İran və Türkiyə rəsmilərinin yığıncaqları iki ölkə həmkarlıqlarının gücləndirilməsində təsirli ola bilər. O, deyib: İran və Türkiyənin prezidentləri indiyədək yeddi dəfədən çox bir-biri ilə görüşübdür ki, bu, Tehran və Ankaranın ikitərəfli əlaqələrin genişləndirilməsindəki iradəsini göstərir.

İranın daxili işlər naziri Tehran-Ankara təhlükəsizlik gediş-gəlişlərinin genişləndirilməsini rəğbətlə qarşılayaraq, vurğulayıb: Regional məsələlər də İran-Türkiyə həmkarlığı hallarından ola bilər. Eyni zamanda, region məsələləri region ölkələri tərəfindən həll olunmalıdır.

Süleyman Soylu da İran və Türkiyənin daxili işlər nazirliklərinin həmkarlıqları, o sıradan ötən bir ildə mühacirlərin işləri və müştərək yığıncaqların keçirilməsindəki əməkdaşlıqlarını xatırladaraq, deyib: İran-Türkiyə əlaqələri qənaətbəxş səviyyəyə çatıbdır.

Türkiyənin daxili işlər naziri əlavə edib: İran və Türkiyə sərhəd təhlükəsizliyinin təmini, əmtəə qaçaqmalçılığı, qanunsuz mühacirlər, narkotik maddələr qaçaqmalçılığı və terrorizmlə müştərək mübarizə sahəsində yaxşı əməkdaşlıqlara malikdirlər.

Teqlər

Oct 11, 2018 17:45 Asia/Baku
Şərhlər