• Türkiyə prezidenti Camal Kaşıkçının taleyinə aydınlığın gətirilməsini istədi

Türkiyə prezidenti Ali-Səud rejiminin tənqidçilərindən olan və İstanbulda yoxa çıxan jurnalist Camal Kaşıkçının taleyinə aydınlığın gətirilməsini istəyib.

İRNA-nın məlumatına görə, Rəcəb Təyyib Ərdoğan cümə axşamı bir daha Camal Kaşıkçının taleyinə aydınlığın gətirilməsi zərurətinə təkid edib və deyib: Türkiyə Kaşıkçının yoxa çıxması hadisəsinin bütün cəhətlərini araşdırıb və bu ərəbistanlı jurnalistin taleyi qarşısında sükut etməyəcək. 

Ərdoğan həmçinin, Türkiyənin təhlükəsizlik orqanlarının Camal Kaşıkçının taleyinə aydınlıq gətirmək üçün çalışmalarını davam etdirdiklərini bildirib. 

Türkiyə prezidenti hadisə baş verən zaman Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda izləmə kameralarının işləməməsini qəbuledilməz adlandırıb. 

Səudiyyə rejiminin tənqidçilərindən olan jurnalist Camal Kaşıkçı İstanbulda Səudiyyə Ərəbistanı Baş Konsulluğuna müraciət etdikdən sonra yoxa çıxıb. 

Teqlər

Oct 12, 2018 11:50 Asia/Baku
Şərhlər