• Sanksiyalara rəğmən İran-Türkiyə ticarət mübadilələri artıb
    Sanksiyalara rəğmən İran-Türkiyə ticarət mübadilələri artıb

Türkiyənin ticarət naziri Amerikanın İrana qarşı birtərəfli sanksiyalarına rəğmən İran ilə Türkiyə arasında ticarət mübadilələrinin həcminin artmasından xəbər verib.

İRİB-in verdiyi məlumata görə, Ruxsar Pekcan bu gün Ankarada müxbirlərə verdiyi açıqlamada cari ildə ötən illə müqayisədə iki ölkə arasındakı ticarət mübadilələrinin həcminin artmasına toxunaraq deyib: Tehran və Ankara 30 milyard dollarlıq ticarət dövriyyəsini qarşıya məqsəd qoyublar. 

Pekcan Amerikanın İrana qarşı sanksiyalarının Türkiyə-İran ticarətinə təsiri barədə deyib: Türkiyə region ölkələri xüsusiylə də İran İslam Respublikası ilə əməkdaşlıqlarını davam etdirəcək. 

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan ötən həftə Amerikanın İrana qarşı sanksiyalarını təsirsiz adlandıraraq demişdi ki, Türkiyə enerjiyə olan ehtiyacına görə İrandan neft idxalatını davam etdirəcək. 

Teqlər

Nov 03, 2018 21:26 Asia/Baku
Şərhlər