• Türkiyə xarici işlər naziri Ankara və Tokyonun İran enerjisinə ehtiyaclı olduqlarını bildirib
    Türkiyə xarici işlər naziri Ankara və Tokyonun İran enerjisinə ehtiyaclı olduqlarını bildirib

Türkiyənin xarici işlər naziri deyib: Türkiyə İrandan enerji idxalatını dayandıra bilməz.

İRNA-nın verdiyi məlumata görə, Mövlud Çavuşoğlu Tokyoda Yaponiya baş naziri ilə görüşündən sonra deyib: Türkiyə üçün İrandan başqa enerji mənbəyi əldə etmək çətindir və Amerikanın təzyiqləri və onların İranla əməkdaşlığın dayandırılmasına dair tələbləri ilə razılaşmaq olmaz. 

Çavuşoğlu Amerikanın İranı təcrid etmək üçün həyata keçirdiyi tədbirlərin nəticəsiz və təhlükəli olduğunu bildirərək deyib: Sanksiyanın hərhansı nəticəsinə baxmayaraq bu Ankara üçün qəbuledilməzdir. 

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan da dünən Amerikanın İrana qarşı sanksiyalarını pisləyərək ölkəsinin heçvaxt bu sanksiyalara riayət etməyəcəyini bildirdi. 

Çin, Rusiya və Türkiyə kimi bir çox ölkələr də ABŞ prezidentinin İrana qarşı sanksiyalarına qatılmayacaqlarını bildiriblər. 

Beynəlxalq İctimaiyyətin İrana qarşı sanksiyalarla müxalifəti və neftin qiymətinin bahalaşması Amerikanın İran neftinin əsas müştəriləri olan Çin, Hindistan, Cənubi Koreya, Yaponiya, Türkiyə İtaliya, Yunanistan və Tayvanı İrana qarşı neft sanksiyalarından istisna etmək məcburiyyətində qoydu. 

Nov 07, 2018 12:21 Asia/Baku
Şərhlər