• Qaşıqçının cəsədinin əridilməsi fərziyyəsi Türkiyənin Baş Prokurorluğu tərəfindən təsdiq edildi

Türkiyənin Baş Prokurorluğunda olan məlumatlı bir mənbə Ərəbistanın İstanbuldakı baş konsulluğunda qətlə yetirilən ərəbistanlı jurnalist Camal Qaşıqçının cəsədinin kimyəvi turşular vasitəsilə əridilməsi fərziyyəsini təsdiq edib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyənin Baş Prokurorluğunda olan məlumatlı bir mənbə bildirib: Ərəbistanın İstanbuldakı baş konsulunun mənzilində hidroflorik turşusunun və bəzi kimyəvi maddələrin izlərinə rast gəlinib. Və araşdırmaların nəticəsinə əsasən Qaşıqçının cəsədi kimyəvi turşu vasitəsilə tamamilə məhv edilib. 

Bu mənbə həmçinin, Ərəbistanın baş konsulunun İstanbuldakı mənzilinin quyusundan götürülən nümunələrdə kimyəvi maddə və turşu izlərinə rast gəlindiyini təsdiq edib. 

Türkiyə polisi Ərəbistan konsulluğuna məxsus avtomobillərdən birində kimyəvi qaz maskası aşkar etdikdən sonra, Qaşıqçının cəsədinin kimyəvi turşuda məhv edilməsi fərziyyəsini araşdırmağa başlamışdı. 

Nov 08, 2018 19:38 Asia/Baku
Şərhlər