• Ərdoğan müsəlmanların terrorizmdə ittiham olunmalarını tənqid edib
    Ərdoğan müsəlmanların terrorizmdə ittiham olunmalarını tənqid edib

Türkiyə prezidenti terrorizmi müsəlmanlarla əlaqələndirmək və İslamı bədnam etmək üzrə səylərinə görə, bəzi ölkələrin rəhbərlərini tənqid edibdir.

Rəcəb Tayyıp Ərdoğan bu gün deyib: Terrorizm bütün dünyada mövcuddur. Buna görə, bu sahədə müsəlmanlara töhmət vurmaq, terrorizmlə mübarizənin əsas problemlərindən biridir.

Dünya ölkələrini terrorizmlə mübarizədə nəticəli və prinsipial mövqe tutmağa çağıran Türkiyə prezidenti söyləyib: Aşkar şəkildə və ya pərdə arxasında terror qruplarına dəstək verən kəslər tərəfindən "islami terrorizm" ifadəsinin işlədilməsi təəccüb doğurur.

Ərdoğan Qərb medialarının Parisdəki son kobud etirazlar qarşısındakı zəif mövqeləri barədə belə deyib: Bu medialar elə bir halda 2013-cü ilin mayında İstanbulun "Gəzi parkı"nda baş verən hadisələri şişirtmişdilər ki, bu gün ikili siyasət yeridərək, fransalı dövlət başçılarının imiclərinə zərər dəyməsin deyə, Parisdə baş verən hadisələr barədə susublar.

Teqlər

Nov 26, 2018 21:29 Asia/Baku
Şərhlər