• fondunun Türkiyədəki fəaliyyətləri dayandırılıb
    fondunun Türkiyədəki fəaliyyətləri dayandırılıb

Türkiyənin yüksək vəzifəli rəsmilərinin kəskin tənqidlərindən sonra amerikalı milyarder Corc Sorosa aid olan "açıq cəmiyyət fondu" dünən Türkiyədəki fəaliyyətlərinə son qoyub. Türkiyə prezidenti Rəcəb Tayyıp Ərdoğan ötən həftə bu fondun müdaxilə xarakterli hərəkətlərini tənqid etmişdi.

Türkiyə prezidenti, Corc Sorosu Osman Kavalaya dəstək verməkdə ittiham edib. Osman Kavala Türkiyə vətəndaşıdır və bir il bundan öncədən zindandadır. O, 2013-cü ildəki anti-hökumət aksiyalarını maliyyələşdirməkdə və uğursuz 2016-cı il çevrilişində əli olmaqda şübhəlidir. Əlbəttə, Kavala bu ittihamları qətiyyətlə rədd edibdir.

Ərdoğan iki gün bundan öncə Ankarada belə demişdi: Osman Kavala yəhudi milyarder Corc Sorosun dəstəyi ilə 2013-cü ildəki anti-hökumət aksiyalarında təyinedici rol oynayıbdır.

Nov 27, 2018 10:28 Asia/Baku
Şərhlər