• İran və Türkiyənin parlament sədrləri iki ölkə arasında 30 milyard dollarlıq ticarətin reallaşmasını vurğulayıblar

İran və Türkiyənin parlament sədrləri iki ölkə arasında 30 milyard dollarlıq ticarətin reallaşması vacibliyini vurğulayıblar.

İran İslam Şurası Məclisinin sədri Əli Laricani dünən axşam Asiya Parlamentlərinin Baş Assambleyasının 11-ci iclasının kənarında öz türk həmkarı Bin Alı Yıldırım ilə görüşdə İran və Türkiyəni iki mühüm iqtisadi şərik adlandırıb və deyib ki, hər iki ölkə təzyiq və sanksiya atmosferində qarşılıqlı əməkdaşlığa ehtiyaclıdır.

Laricani Amerikanın dollardan soyuq silah kimi istifadə etməsini olduqca xoşagəlməz hərəkət adlandırıb və bildirib ki, Amerikanın bu hərəkəti bütün ölkələri milli valyutalardan istifadə fikrinə salıbdır.

İran İslam Şurası Məclisinin sədri Əfqanıstan, İraq, Suriya, Yəmən və Liviyadakı əmin-amansızlığın əsas amilini Amerika adlandırıb və belə deyib: Vaşinqtonun hədəfi, sionist rejimin hədəfləri və Fələstin məsələsinin unudulması istiqamətindədir, amma o, heç vaxt müvəffəq olmayacaqdır.

Türkiyə parlamentinin sədri də Laricani ilə görüşdə vurğulayıb: İran-Türkiyə ticarət əlaqələri otuz milyard dollara çatmalı və məhdudiyyətlər iki ölkəni bu hədəfə çatmaqdan saxlamamalıdır.

Yıldırım bildirib ki, Amerika dollardan silah kimi istifadə edir. O, əlavə edib: Amerikanın xarici valyuta məzənnəsinin dəyişkənliyi sahəsindəki hərəkətləri beynəlxalq hüquq normalarına ziddir və yaraşmaz bir hərəkətdir.

Asiya Parlamentlərinin Baş Assambleyasının 11-ci iclası 23 ölkənin iştirakı ilə cümə axşamı günü axşamçağı "Asiyanın iqtisadi rövnəqinin artırılması" şüarı ilə Türkiyənin İstanbul şəhərində işə başlayıb.

Teqlər

Nov 30, 2018 12:59 Asia/Baku
Şərhlər