• Rusiyadan S 400 raketlərinin satın alınması qətidir
    Rusiyadan S 400 raketlərinin satın alınması qətidir

Türkiyənin xarici işlər naziri Amerikanın Rusiyadan S 400 raketlərinin alınması müqaviləsi barədə Türkiyəyə xəbərdarlıqlarına reaksiyada deyib: Türkiyə bu raket sistemini Moskvadan almaqda şübhə etməyəcək.

Rusiya Əl-Yəum bildirir ki, Mövlud Çavuşoğlu deyib: Türkiyə Amerikanın oxşar Patriot sisteminin yerinə S 400 raket sistemini almaqda qərarlıdır və bu qəti qərardır. 

Türkiyə Amerikanın bu ölkəyə raket müdafiə sistemləri satmaqdan boyun qaçırmasından sonra ötən ilin axırlarında Rusiya ilə S 400 raketlərinin satın alınması üzrə müqavilə imzaladır. 

Çavuşoğlunun bu açıqlaması elə bir şəraitdədir ki, ABŞ Müdafiə Nazirliyi dünən bir daha Türkiyəyə S 400 raketləri alarsa F-35 hərbi təyyarələrin Ankaraya satışını ləğv edəcəyi barədə xəbərdarlıq etdi. 

Türkiyə Rusiyadan S400 raketləri alarsa bu ölkə NATO-nun Rusiyadan bu kimi silah alan ilk ölkəsi olacaq. 

Dec 02, 2018 09:34 Asia/Baku
Şərhlər