• Türkiyə prezidenti Venesuelaya səfər edib
    Türkiyə prezidenti Venesuelaya səfər edib

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan Venesuela rəsmiləri ilə görüşüb, danışıqlar aparmaq üçün Karakasa səfər edib.

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Rəcəb Təyyib Ərdoğan bazar ertəsi günü Karakasa daxil olub. Hava limanında Türkiyə prezidentini Venesuelanın xarici işlər və müdafiə nazirləri Xorxe Ariza və Padrino Lopez qarşılayıb.

Venesuela səfərində Türkiyə prezidentini maliyyə naziri Bərat Albayrak, müdafiə naziri Hülusi Akar, enerji naziri Fateh Dönməz və ticarət naziri Ruxsar Bekcan müşayiət edirlər.

Ərdoğan Venesuelaya səfər etməzdən öncə Paraqvayda olaraq, bu ölkə rəsimləri ilə görüşüb, danışıqlar aparıb.

Türkiyə prezidentinin Cənubi Amerika ölkələrinə turnesi Argentinada keçirilən 20-lər qrupunun sammitində iştirak ilə başlanıb.

Suriya məsələsi və ərəbistanlı jurnalist Camal Qaşıqçının qətli Ərdoğanın Cənubi Amerika ölkələrinə səfəri zamanı diqqət mərkəzində saxladığı önəmli məsələlərdəndir.

Dec 03, 2018 19:13 Asia/Baku
Şərhlər