• Təhrir Əş-Şam və
    Təhrir Əş-Şam və "Ağ Dəbilqəlilər"in başçıları Suriyadan qaçıblar

Təhrir Əş-Şam (Ən-Nüsrə Cəbhəsi) terror qruplaşmasının dəstə başçılarından bir neçəsi bir qrup "Ağ Dəbilqəli" ilə İdlib vilayəti istiqamətindən Suriyanı tərk edərək, Türkiyəyə qaçıb.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Suriyanın İdlib vilayətindəki məlumatlı mənbələr bildiriblər ki, Təhrir Əş-Şam terror qruplaşmasının hərbi komandanları "Ağ Dəbilqəlilər" adlı dəstənin bir qrup başçısı ilə birlikdə insan tacirləri tərəfindən qaçaq yolla Türkiyəyə gətirilib.

Bu məlumata görə, Təhrir Əş-Şam qrupunun komandanları İdlibi tərk etməzdən öncə bu məntəqə sakinlərinin evlərini, əmlakını və torpaqlarını habelə, tarixi əsərləri sataraq, əldə etdikləri külli miqdarda vəsaiti də özləri ilə aparıblar.

Təhrir Əş-Şam qrupunun himayədarlarından olan "Ağ Dəbilqəlilər" qrupunun bir qrup üzvü də ötən həftə qaçaq yolla Türkiyəyə qaçmışdı.

Terrorçular, Suriya ordusunun Latakiyada terrorçuların mövqelərinə olan son hücumlarının ardınca, bu ölkədən qaçmağa başlayıblar.

Teqlər

Dec 04, 2018 16:43 Asia/Baku
Şərhlər