• Binali Yıldırım
    Binali Yıldırım

Türkiyə BMM-nin sədri deyib: Terrorizm ilə mübarizədə birlik və həmrəyliyə malik olmaq, ikili standartlardan çəkinmək lazımdır.

İRNA-nın məlumatına görə, Binali Yıldırım şənbə günü Tehranda keçirilən 6 Asiya ölkəsi o cümlədən İran, Türkiyə, Rusiya, Çin, Pakistan və Əfqanıstanın parlament sədrlərinin 2-ci iclasında iştirakı zamanı terrorizmin Asiyanın Qərbi ilə məhdudlaşmadığını və qlobal xarakter daşıdığını deyərək, əlavə edib: Bəzi ölkələr terrorizmdən bir vasitə kimi istifadə edirlər. 

B.Yıldırım İranın cənub-şərqində, Çabahar şəhərində törədilən terror aktını qınayaraq, deyib: Terrorizmdən istifadə edənlərin özləri zərər çəkəcəklər. 

Türkiyə Böyük Millət Məclisinin sədri region ölkələrindən terrorizm ilə mübarizəni ciddi formada izləmələrini istəyib. 

Teqlər

Dec 08, 2018 22:13 Asia/Baku
Şərhlər