Dec 12, 2018 10:50 Asia/Baku
  • Türkiyənin xarici işlər naziri ABŞ-ın regiondakı rolunu tənqid edib
    Türkiyənin xarici işlər naziri ABŞ-ın regiondakı rolunu tənqid edib

Türkiyənin xarici işlər naziri YPG bölmələrinə təlim verməklə bağlı Amerikanı tənqid edərək. onu regiona qarşı xəyanət adlandırıb

Mövlud Çavuşoğlu Amerikanın Suriyanın şimalında YPG terror qrupuna hərbi təlim və silah dəstəyi verməsinə işarə edərək, deyib: Amerikanın bu terror qrupuna təlim vermək üzrə niyyəti olduqca yanlış hərəkət və regiona qarşı xəyanətdir və Ankara buna laqeyd qala bilməz.

Son vaxtlar da Türkiyə prezident administrasiyasının sözçüsü İbrahim Kalin Amerikanın YPG-yə dəstək verməsini əbəs iş adlandırmışdı.

Türkiyə hökuməti YPG-ni Türkiyə Kürdüstanı fəhlə partiyası-PKK-nın Suriyadakı qolu və terror təşkilatı adlandırır və onların yekun hədəflərini Suriyanı parçalamaq və Amerikanın dəstəyil ilə Fəratın şərq məntəqəsində bir kürd dövləti yaratmaq hesab edir.

Şərhlər