Jan 04, 2019 10:17 Asia/Baku

Ali-səudun Türkiyədəki baş konsulluğuna girişin və ondan sonra bu rejimin tənqidçisi olan jurnalistin qətlinin növü və zamanı ilə bağlı təsvirlər, indi də Camal Qaşıqçının kitabının nəşri.

2018-ci il oktyabrın 2-si, cinayətli bir film macərasının başlanması. Üç aydan çoxdur dünya mediaları kameralarının kadrlarında yer alan bu jurnalistin- Camal Qaşıqçının əsas aktyor kimi filmin səhnəsinə daxil olması. İndi bu macəranın ali-səud üçün utancgətirici anları 350 səhifəlik bir kitabda qələmə alınıbdır. "Diplomatik vəhşilik" bu günlər Türkiyənin kitab mağazalarının əsas satış siyahısında yer alan bir kitabın adıdır.

Müsahibə: Konsulluq bir ölkənin vətəndaşları üçün işgəncə və qətl məkanı deyil, əmin-amanlıq məkanı olmalıdır. Bu kitabda səudlar tərəfindən törədilmiş dəhşətli hərəkətlərin bütün reallıqlarını oxucuya ötürməyə çalışmışam. Kitabımın çapından keçən bu qısa müddətdə onun alqısı yaxşı qarşılanıbdır və bu kitabın dünyanın müxtəlif dillərinə tərcüməsi üzrə təkliflər almışam.

Yenicə çapdan çıxmış "Diplomatik vəhşilik" kitabı kitab mağazalarının vitrinlərində yerləşər-yerləşməz, Türkiyənin xalqı və rəsmilərinin diqqətini özünə çəkibdir. Bu kitab diplomatik növdən olan faciəli bir qətl macarəsı barədə tam bir məcmuədir. Bununla belə, kitabın müəllifi bu qənaətdədir ki, kitabın mündəricatı ali-səudun insanlığa zidd hərəkətlərini özündə əks etdirmək istiqamətində mükəmməl deyil. Bu cinayətlər barədə filmlər çəkilməli, kitablar yazılmalıdır.

 

Şərhlər