Jan 04, 2019 10:56 Asia/Baku
  • Almaniya jurnalistlər federasiyası Türkiyəyə səfər etməməyə çağırıb

Almaniya jurnalistlərini təmsil edən Almaniya jurnalistlər federasiyası alman jurnalist və blogerlərinə hətta istirahət və şəxsi niyyətlərlə də Türkiyəyə səfər etməməyi məsləhət görüb.

AP-nin verdiyi məlumata görə, Almaniya jurnalistlər federasiyası dünən bir bəyanatda jurnalistləri Türkiyəyə səfərdən öncə özlərinin reportajlarında siyasi mətləb yayıb-yaymadıqlarını aydınlaşdırmağa və bu barədə şübhəlidirlərsə Türkiyəyə səfərdən vaz keçməyə çağırıb. 

Almaniya jurnalistlər federasiyasının bu tövsiyyəsi elə bir şəraitdədir ki, Türkiyə dövləti ötən həftə bir alman vətəndaşı bir casusluq təşkilatının xeyirinə təbliğat aparmaq ittihamı iliə həbs etdi. 

2016-cı il uğursuz dövlət çevrilişinin ardınca Türkiyə tərəfindən bir neçə alman jurnalistin terror fəaliyyətlərində iştirak ittihamı ilə həbs edilməsindən sonra iki ölkə əlaqələrində problemlər yaranmışdır. 

Teqlər

Şərhlər