Jan 05, 2019 21:15 Asia/Baku
  • Türkiyə və Pakistan əlaqələrin genişləndirilməsi istiqamətində
    Türkiyə və Pakistan əlaqələrin genişləndirilməsi istiqamətində

Pakistanın baş naziri Ümran Xanın Türkiyəyə səfəri və Türkiyə prezidenti və digər rəsmiləri ilə görüşləri onun baş nazirlik vəzifəsində Ankaraya ilk səfəridir.

Türkiyə və Pakistan rəhbərləri iki ölkə əlaqələrinin genişləndirilməsi və regional və beynəlxalq hadisələri müzakirə ediblər.

Ümran Xanın Türkiyəyə səfərində həmçinin müdafiə və təhlükəsizlik əməkdaşlıqlarının genişləndirilməsi də müzakirə edilib.

Ümran Xan ilə Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın birgə mətbuat konfransında Ərdoğan istanbulda Türkiyə, Pakistan və Əfqanıstan arasında üçtərəfli iclasın keçiriləcəyindən xəbər verib.

Ərdoğanın bu bəyanatı göstərir ki, onun Ümran Xan ilə müzakirələrində Əfqanıstanda təhlükəsizlik mövzusu da araşdırılıb və bu analitiklərə görə, Ankara-İstanbul təhüləsizlik və müdafiə münasibətləri çərçivəsində baş verib.

Türkiyə prezidentinin Pakistan parlamentinin Fətullah Gülən hərəkatını terrorçu elan etməsini alqışlaması da analitiklərin diqqətini çəkib. Bu türkiyənin Gülən təşkilatından hələ də nigaran qaldığını göstərir. Həm də Pakistandan olan təvəqqeyinin təmin olunduğuna işarədir.

Ümran Xanın müştərək mətbuat konfransındakı çıxışı isə Pakistanın Ankaradan daha az gözləntisi oluduğunu deməyə əsas verir.

Ümran Xan

Pakistan Türkiyə ilə əlaqələrin genişlənməsində maraqlıdır və İslamabad-Ankara əlaqələri bundan sonra daha da yaxınlaşacaq. Ümid edirəm üçtərəfli İstanbul iclası Əfqanıstanda sülhün bərqərar olunmasına öz töhfəsini verəcək.

Diktor: Görünən odur ki, Türkiyə bəzi region ölkələrinin Əfqanıstanda sülh və təhlükəsizliyin bərqərar olunması sahəsində fəallaşmasının ardınca bu sahədə rol oynamaq niyyətindədir.

 

Şərhlər