Jan 06, 2019 13:40 Asia/Baku
  • Türkiyə ABŞ-ın təklifini rədd edib
    Türkiyə ABŞ-ın təklifini rədd edib

Türkiyə mediaları Ankaranın Vaşinqtonun yeni hərbi təklifini rədd etməsindən xəbər veriblər. Belə ki, Amerika Türkiyəyə bu ölkənin "Patriot" raket müdafiə sistemlərinin satışı qarşılığında Rusiyanın "S-400" sistemlərini satın almaqdan vaz keçmək üzrə yeni təklif irəli sürmüşdü.

Türkiyə rəsmiləri Amerikanın 3,5 milyard dollar dəyərində olan "Patriot" raket müdafiə sisteminin satışı təklifini, məbləğin yuxarı olmasına və bu sistemlərin istehsal texnologiyasının Türkiyəyə köçürülməsi qabiliyyətinin olmamasına görə, rədd ediblər.

Son bir neçə gün ərzində "Patriot" raket müdafiə sisteminin satışı barədəki şəraiti elan etmək üçün Amerikadan bir heyət Türkiyəyə getdi və bu ölkənin müdafiə və xarici işlər nazirliklərinin rəsmiləri ilə müzakirələr apardı.

Amerikanın Türkiyəyə Rusiyanın "S-400" sisteminin yerinə, "Patriot" sistemi satışı barədəki təklifi elə bir halda irəli sürülübdür ki, Türkiyənin prezidenti Rəcəb Tayyıp Ərdoğan bundan öncə bildirmişdi ki, Ankara bu ölkənin təhlükəsizliyi üçün son dərəcə mühüm olan razılaşmaları həyata keçirmək üçün heç kəsin icazəsinə ehtiyaclı deyil və Moskva ilə S-400 razılaşmasının ləğvi üzrə heç bir proqrama malik deyildir.

Şərhlər