Jan 14, 2019 12:31 Asia/Baku
  • Tramp Türkiyəyə xəbərdarlıq etdi
    Tramp Türkiyəyə xəbərdarlıq etdi

Donald Tramp Suriyada ABŞ-ın himayəsi altında olan kürd yaraqlılarına hücum edəcəyi təqdirdə, Türkiyə iqtisadiyyatını məhv edəcəyini dedi.

Bu, ABŞ-ın Suriyadakı qoşunlarını çıxartmasına dair qərarını elan etməsindən bəri Vaşinqton və Ankara münasibətlərində ən yeni siyasi gərginlik hesab olunur. Tramp Türkiyə əleyhinə təhdidlərini Tvitter-də paylaşıb və yazıb: ABŞ Suriyadan çıxmasına baxmayaraq, İŞİD-ə qarşı hücumlarını davam etdirəcək.

Tramp həmçinin deyib: Əgər Türkiyə kürdlərə hücum edərsə, bu ölkə iqtisadiyyatını məhv edəcək və 20 millik bir təhlükəsiz zona yaradacaq. 

Ötən həftədən başlayaraq, ABŞ və Türkiyə arasında söz atışmaları yenidən baş qaldırıb. Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan da ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonu qəbul etməyib. Con Boltonun ABŞ-ın öz qüvvələrini Suriyadan çıxartmasını Türkiyənin Suriya kürdlərinə hücum etməməsi ilə şərtləndirməsinin ardınca Ərdoğan onunla görüşməkdən imtina edib. 

Türkiyə prezidenti Boltonun bu sözlərini böyük bir səhv adlandırıb. 

Şərhlər