Feb 05, 2019 10:36 Asia/Baku
  • Türkiyə və Rusiya Suriyanın Minbic şəhərinə dair razılığa gəldilər
    Türkiyə və Rusiya Suriyanın Minbic şəhərinə dair razılığa gəldilər

Türkiyə prezidentinin sözçüsü Suriyanın Minbic şəhərinə dair Ankara və Moskva arasında razılığın əldə edilməsindən xəbər verib.

Anadolu xəbər agentliyinin bildirdiyinə görə, Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib: Ankara və Vaşinqton arasında olan anlaşma əsasında Minbiclə bağlı yol xəritəsinə dair Türkiyə və Rusiya arasında razılıq əldə olunub. 

Ankara və Vaşinqton arasında "Minbic yol xəritəsi" anlaşması ABŞ-ın himayəsində olan kürd yaraqlılarının məntəqədən çıxarılması və təhlükəsizliyin təmin edilməsinə dairdir. 

İbrahim Kalın daha sonra deyib: Yaradılacaq təhlükəsiz zonanın Türkiyənin nəzarətində olması Ankaranın başlıca gözləntisidir. 

Minbic Suriyanın Hələb vilayətində və Türkiyə ilə sərhəd məntəqədə yerləşən şəhərin adıdır. Hazırda bu şəhər ABŞ-ın himayəsində olan kürd yaraqlılarının nəzarəti altındadır. 

Şərhlər