Feb 05, 2019 21:33 Asia/Baku
  • Türkiyə prezidenti Suriyanın şimalında müstəqil davranışa malik olduğunu dedi
    Türkiyə prezidenti Suriyanın şimalında müstəqil davranışa malik olduğunu dedi

Rəcəb Təyyib Ərdoğan Suriyanın şimalında təhlükəsiz zonanın yaradılmasına dair yol xəritəsi barəsində ABŞ ilə ürəkaçan anlaşmanın olmadığını deyib.

İSNA xəbər agentliyinin bildirdiyinə görə, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan Suriya olaylarının ölkəsi üçün önəminə təkid edərək, deyib: Türkiyə Suriyaya daxil olmaq üçün kimsənin icazəsinə ehtiyaclı deyil.

Ərdoğan kürd yaraqlılarının qarşıdan gələn bir neçə həftə ərzində Münbic şəhərini tərk etməli olduqlarına təkid edərək, deyib: Əgər terrorçular qarşıdan gələn həftələr ərzində bu məntəqədən geri çəkilməzlərsə, Türkiyə artıq səbr etməyəcək.

Türkiyə prezidenti həmçinin, ABŞ-dan Suriya ilə bağlı vədlərinə əməl etməsini istəyib. Əks təqdirdə Türkiyənin milli təhlükəsizliyinə qarşı  yönəlmiş təhdidləri məhv etmək üçün lazımi tədbirlər görməyə başlayacağını bildirib.

ABŞ-ın Suriyadan çıxmaq fikrindən daşınması Türkiyə ilə sərhəd məntəqədə təhlükəsiz zonanın yaradılmasında əməkdaşlıqdan imtina etməsinin ardınca Ərdoğan bir daha Ankaranın öz mövqeyində qətiyyətli olduğunu bildirib.

Şərhlər