Feb 09, 2019 11:56 Asia/Baku
  • Mövlud Çavuşoğlu
    Mövlud Çavuşoğlu "Qaşıqçı" olayı ilə bağlı yeni araşdırmaların aparılmasına təkid etdi

Türkiyənin xarici işlər naziri ərəbistanlı tənqidçi jurnalist Camal Qaşıqçının qətlində məsuliyyət daşıyan əsas tərəflərin kimliyinin müəyyən edilməsi üçün BMT tərəfindən xüsusi komissiyanın təşkil edilməsi və yenidən ciddi araşdırmaların aparılmasını bir zərurət adlandırıb.

Anadolu xəbər agentliyinin bildirdiyinə görə, Mövlud Çavuşoğlu dünən cümə günü BMT-nin xüsusi məruzəçisinin Camal Qaşıqçının qətlinə dair son hesabatına işarə edərək, deyib: BMT faktaraşdırıcı komissiya təşkil edərək, bu məsələ ilə bağlı ən qısa zamanda araşdırmalara başlamalı və baş vermiş qətl hadisəsi ilə bağlı cavabsız qalmış suallara cavab tapmalı olduğunu deyib. 

Türkiyənin xarici işlər naziri daha sonra deyib: Ərəbistanın tənqidçi jurnalist Camal Qaşıqçının bu ölkənin İstanbuldakı baş konsulluğunda qətlə yetirildiyini və cəsədinin tikə-tikə doğranıldığını etiraf etməsinə rəğmən, hələ də cəsədin harada olduğu məlum deyil. 

Çavuşoğlu əlavə edib: Dünya ictimaiyyəti bu cinayətin arxasında kimin dayandığını, qətlə fərmanını kimin verdiyini bilmək istəyir. 

BMT-nin xüsusi məruzəçisi son hesabatında jurnalist Camal Qaşıqçının qətlinə görə birbaşa olaraq Ərəbistan rəsmilərinin məsuliyyət daşıdıqlarını bildirib. 

Ali-Səud rejiminin qatı tənqidçilərindən olan jurnalist Camal Qaşıqçı 2 oktyabr 2018-cii ldə İstanbulda Ərəbistan konsulluğuna müraciət etdikdən sonra şübhəli şəkildə yoxa çıxdı. Ərəbistan rəsmiləri bir neçə həftə sükut etdikdən sonra, nəhayət bu tənqidçi şurnalistin Ərəbistanın İstanbuldakı baş konsulluğunda qətlə yetirildiyini etiraf etdilər. 

Şərhlər