Mar 07, 2019 21:08 Asia/Baku
  • "S-400" raket sistemləri

Türkiyənin Rusiyaya yaxınlaşması xüsusilə də bu ölkənin “S-400” raket sistemini almaqdakı fikrinin qəti olması ABŞ başda olmaqla NATO ölkələri üçün ciddi nigaranlığa çevrilib. Qərbli müttəfiqləri artıq Ankara əleyhinə təhdidlər də səsləndirilməyə başlayıblar.

NATO-nun müttəfiqi olan Türkiyənin region ölkələrinə inteqrasiyasını önləmək üçün nümayəndələrini bir-birinin ardınca Ankaraya göndərir.

Rusiyadan “S-400” raket sistemlərinin alınmasının qətiləşməsi ilə Qərbli müttəfiqlərinin nigaranlığı, təhdidlərlə əvəz olunmağa başlayıb.

NATO rəsmisi: “NATO ölkələri arasında əməkdaşlıqların genişləndirilməsi yolları daim açıqdır. Ankara bilməlidir ki, “S-400” raket sistemi almasının Türkiyə üçün ciddi mənfi nəticələri olacaq.”

Amma, bu təhdidlərə rəğmən, Türkiyə “S-400” raket sistemindən imtina etmək istəmir. Əksinə “S-500” sistemini də almaq fikrinə düşüb.

Rəcəb Təyyib Ərdoğan: “Biz “S-400”dən sonra “S-500” də alacağıq. Bizi təhdid edirlər. Bundan imtina etməyimizi istəyirlər. Bu imkansızdır. Biz geri addım atmayacağıq.”

Bu arada Trampın bir neçə gün öncə Türkiyənin aldığı F-35 qırıcılarının Ankaraya təhvil verilməsinin təxirə salınması sənədini imzalamasına baxmayaraq, NATO ölkələri “S-400”lərin Türkiyəyə daxil olması ilə öz silahlarının zəifliyinin üzə çıxacağından nigarandırlar.

Türkiyəli analitik: “NATO ölkələri “S-400”lərin “F-35” qırıcıları və digər NATO silahlarının zəif cəhətlərini üzə çıxardacağından nigarandırlar. Buna görə də bir rus silahının NATO ölkəsinə daxil olması ilə razılaşa bilmirlər.”

Bu məsələ Türkiyənin qərbli müttəfiqləri üçün ciddi problemə çevrilsə də, hələ ki, bir çözüm yolu tapa bilmirlər.

 

Teqlər

Şərhlər