Mar 11, 2019 10:36 Asia/Baku
  • Ərdoğan terrorçular ilə mübarizəyə təkid etdi

Türkiyə prezidenti: Ankara Suriyanın şimalında Türkiyə əleyhinə terror zolağının yaradılmasına icazə verməyəcək.

Anadolu xəbər agentliyinin bildirdiyinə görə, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan bazar günü dedi: Türkiyə Suriya və İraq ilə sərhədlərində terrorçuları durduracaq. 

Türkiyə prezidenti həmçinin, ölkəsinin didərginlərin təhlükəsiz formada ölkələrinə qayıda bilmələri üçün Suriyanın şimalında təhlükəsiz zona yaradacağını dedi. 

Türkiyənin müdafiə naziri Hülusi Akar da bundan öncə Suriyada ABŞ tərəfindən himayə olunan kürd yaraqlılarının Minbic şəhərini boşaltmalarına təkid edərək, Vaşinqtondan PKK-ya verdiyi silahları geri almasını istədi. 

Teqlər

Şərhlər