Mar 15, 2019 18:54 Asia/Baku
  • Boeing 737 Max-ın Türkiyə səmasında uçuşu qadağan edilib

Boeing 737 Max-ın uçuşundan nigarançılıq Türkiyə səmasına da çatdı. Ötən altı ayda iki Boeing 737 Max-ın süqut etməsi Türkiyənin hava məkanını bu tipli təyyarənin uçuşu üçün boykot etdi.

Müsahibə(kişi): Turkish Air hava yolları üçün həmin məsələ olduqca nigaranedicidir. Biz öz sərnişinlərimizin təhlükəsizliyini qorumaq üçün hava yollarında Boeing 737 Max-dan istifadə etməkdən çəkinməyə məcburuq.

Türkiyənin hava məkanı da növbəti elanadək bu tipli təyyarələrin üzünə bağlı qalacaqdır.

Türkiyənin  aviaşirkətləri müxtəlif hava reyslərində 282 ədəd Boeing tipli sərnişin təyyarəsindən istifadə edirlər ki, onların əksər hissəsi 737 tipindən və yeniləri də Max tipindəndir.

Müsahibə(kişi): Bu ardıcıl süqutlarla Boeing çox zərər çəkəcək. Və ehtimal üzrə gələcəkdə bu şirkətlərin sifarişlərinin batması ilə müşayiət olunacaqdır. Boeing öz texniki qüsurlarını aradan qaldırmaq fikrində olmalıdır.

Türkiyə on bir milyard dollar dəyərində olan daha qırx ədəd Boeing təyyarəsini də ötən il alıbdır.

Bu nigarançılıqlarla görmək lazımdır ki, gələcəkdə Boeing tipli təyyarənin Türkiyənin hava yollarına daxil olması üçün yol açıq olacaq, yoxsa yox? 

Şərhlər