Mar 17, 2019 19:07 Asia/Baku
  • Ərdoğan Hələbçəyə faciəsinin ildönümünü andı
    Ərdoğan Hələbçəyə faciəsinin ildönümünü andı

Türkiyə prezidenti Tvitter-də paylaşdığı yazıda Hələbçə şəhərinə edilən kimyəvi hücumun ildönümü gününün xatirəsini yad etdi.

Anadolu xəbər agentliyinin bildirdiyinə görə, Rəcəb Təyyib Ərdoğan yazıb: "31 il öncə Hələbçədə minlərlə insanın ölməsinə səbəb olan kimyəvi hücumun ağrı və acıları hələ də təsəlli tapmayıb."

Türkiyə prezidenti həmçinin, bu faciədə həyatını itirənlərə Allahdan rəhmət və məğfirət diləyib.

16 mart 1988-ci ildə İraq ordusunun bu ölkənin Hələbçə şəhərinə kimyəvi silahdan istifadə edərək, həyata keçirdiyi hücumda 5 min insan ölmüş, çoxlu sayda insan da xəsarət almışdı.

Şərhlər