May 05, 2019 20:49 Asia/Baku
  • Sabah İstanbul seçkilərinin taleyi bəlli olacaq
    Sabah İstanbul seçkilərinin taleyi bəlli olacaq

Türkiyə ali seçki şurası İstanbul bələdiyyə seçkilərinin yenidən keçirilməsi üzrə Ədalət və İnkişaf Partiyasının ərizəsi barədəki apellyasiya rəyini sabah elan edəcək.

Ədalət və İnkişaf Partiyasının namizədi Binalı Yıldırım bu gün bildirib ki, Türkiyə ali seçki şurası hakim partiyanın 31 mart İstanbul bələdiyyə seçkilərinin nəticələrinə qarşı etirazının dəlillərini araşdırıb və sabah bu barədə öz qərarını elan edəcək.

Türkiyə Cümhuriyyət Xalq Partiyası İstanbul bələdiyyə seçkilərində qalib gəldi və onun ardınca bu partiyanın namizədi Əkrəm İmamoğlu aprelin 17-də öz hökmünü alaraq, rəsmən İstanbulun meri oldu.

Teqlər

Şərhlər