May 06, 2019 08:41 Asia/Baku
  • Ankara Moqerininin son anti-Türkiyə təhdidinə reaksiya verib
    Ankara Moqerininin son anti-Türkiyə təhdidinə reaksiya verib

Türkiyə xarici işlər nazirliyi Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsinin Türkiyənin Şərqi Aralıq bölgəsindəki fəaliyyətləri ilə bağlı bu ölkəyə qarşı hədələyici sözlərini tənqid edibdir.

Federika Moqerini dünən Ankaranın Türkiyə ilə Kipr arasındakı münaqişəli sularda apardığı qazıntı ilə müxalifət edərək, təhdidlə deyib: Avropa Birliyi Kiprin hüquqlarını pozacaq hər cür hərəkətlə münasib rəftar edəcəkdir.

Türkiyə xarici işlər nazirliyi dünən bir bəyanatda Federika Moqerininin Kipr sahillərində neft və qaz yataqları tapmaq üzrə hər cür kəşfiyyat qazıntısı ilə bağlı Türkiyəyə ünvanlanan hədələyici sözlərinə cavab olaraq, bildirib ki, Türkiyənin bölgədəki fəaliyyətləri qanuni və beynəlxalq qanunlar çərçivəsindədir.

Türkiyə xarici işlər nazirliyinin bəyanatında deyilir: Bölgədə ən uzun sahilə malik olan Türkiyə bundan öncə də vurğuladığı kimi özünə aid olan sularda öz hüquq və maraqlarını qoruyub saxlaycaqdır.

Teqlər

Şərhlər