May 08, 2019 09:41 Asia/Baku
  • Türkiyə prezidenti İstanbul seçkilərinin iyunda keçiriləcəyini vurğulayıb
    Türkiyə prezidenti İstanbul seçkilərinin iyunda keçiriləcəyini vurğulayıb

Türkiyə prezidenti İstanbul seçkilərinin iyunun 23-də keçiriləcəyindən xəbər verib.

Rəcəb Tayyıb Ərdoğan bir çıxışda Türkiyənin ali seçki orqanı tərəfindən İstanbul bələdiyyə seçkiləri nəticələrinin ləğv olunmasına toxunaraq, deyib ki, İstanbul seçkiləri iyunun 23-də keçiriləcəkdir.

O, Türkiyənin ali seçki orqanının İstanbul bələdiyyə seçkilərinin nəticələrini ləğv etmək qərarını bu şəhərin bələdiyyə seçkilərindəki şübhələri aradan qaldırmaq məqsədilə atılan addım kimi dəyərləndirib. Deyib ki, hətta əgər ali seçki orqanının qərarı başqa bir şey olsaydı belə, ona hörmət edərdik.

Ərdoğan deyib ki, İstanbul bələdiyyə seçkilərində mütəşəkkil pozuntular baş veribdir. O, əlavə edib: Seçki qutularına nəzarət edənlərin üçdə biri qanunsuz olar və Ədalət və İnkişaf Partiyasının səslərini ləğv olunmuş səs elan edərsə, bu səhvləri kiçik qələmə vermək olmaz.

Türkiyə ali seçki şurası Ədalət və İnkişaf Partiyasının İstanbul mart yerli seçkilərində saxtakarlığa yol verilməsinə dair şikayətinə əsasən, bazar ertəsi günü gecə bu seçkilərin ləğv olunduğunu və həmin prosesin təkrar olunacağını bildirdi.

Teqlər

Şərhlər