May 10, 2019 09:38 Asia/Baku
  • Türkiyə ABŞ-ın birtərəfli anti-İran sanksiyalarını tənqid edib

Türkiyənin xarici işlər naziri Amerikanın İran İslam Respublikasına qarşı birtərəfli sanksiyalarının davam etməsini tənqid edib.

Mövlud Çavuşoğlu dünən Amerikanın İran İslam Respublikasına qarşı birtərəfli sanksiyalarına reaksiyada deyib: İran Türkiyənin qonşusudur və sanksiyalar təkcə o ölkəyə deyil, həm də bütün region ölkələrinə ziyan vuracaq.

ABŞ prezidenti Donald Tramp çərşənbə günü İran İslam Respublikasına qarşı düşmənçilik hərəkətlərini davam etdirərək, İranın metal sektoruna yeni sanksiyaların tətbiqi haqqında sərəncam veribdir.

Şərhlər