May 12, 2019 15:35 Asia/Baku
  • Ərdoğan səudlara: Sizin ədalətiniz harada qalıb?
    Ərdoğan səudlara: Sizin ədalətiniz harada qalıb?

Türkiyə prezidenti Ərriyadın səudiyyəli tənqidçi jurnalist Camal Qaşıqçının terroru məsələsi qarşısında susmasını tənqid edərək, ərəbistan başçılarına xitabən soruşub: Sizin ədalətiniz harada qalıb?

Rəcəb Tayyıp Ərdoğan İstanbulda verilən bir iftar ziyafətində deyib: Ərəbistan hələ İstanbula göndərdiyi Qaşıqçı qətli ilə bağlı şəxslər barədə heç bir mövqe tutmayıbdır.

Ərdoğan həmçinin Qərb ölkələrini tənqid edərək, deyib: Qərb daim öz maraqlarını insani dəyərlərdən üstün tutub və neft ilə dollara meyllidir.

Səud rejimini tənqid edən Camal Qaşıqçı 2018-ci il oktybarın ikisində Ərəbistanın İstanbuldakı konsulluğuna daxil olduqdan sonra yoxa çıxdı.

Səud rejimi 18 gün sükutdan və təkzibdən sonra dünya ictimaiyyətinin təzyiqləri altında nəhayət  oktyabrın 19-da Qaçıqçının bu konsulluqda qətlə yetirdiyini etiraf və təsdiq etdi.

Şərhlər