Jul 01, 2019 15:25 Asia/Baku
  • Türkiyədə fars dilinə maraq
    Türkiyədə fars dilinə maraq

Fars dilini öyrənməyə maraq səbəb olub ki, İstanbulda bu ixtisas müəllimləri üçün tədris metodu üzrə ali kurslar təşkil edilmiş olsun.

Hələ də fars dili və əlifbasını Türkiyədəki bir çox binaların yuxarı hissələrində müşahidə etmək mümkündür. Anadolu diyarında həmişə əziz tutulan uzaq keçmişə malik bir irs. Fars dili uzaq keçmişlərdə osmanlılar üçün ədəbi və divan dili olub və ölkələr fəth edənlər vasitəsilə Balkana da gəlib çatıbdır.

Müsahibə(kişi): Təqribən dörd min termin və metonimiya seçmişik.

İstanbul universitetinin fars dili kafedrasının müdiri professor Əli Gözəl Yüz Türkiyə ədəbiyyatında azı dörd min farsca termin və metonimiyanın aşkar edilməsindən deyir və bildirir ki, Gülüstan və Bustan kimi fars dilinin klassik əsərləri universitetdəki gənclər arasında çoxlu sayda tərəfdara malikdir.

Müsahibə(qadın): Anadolu diyarında fars dilində dəyərli ədəbi əsərlər yazılıb. Mövlananın şerləri kimi. Buna görə, bir çox tələbə fars dilini öyrənməyə maraq göstərir.

İranın mədəni attaşeliyi bu təlim kursunun təşkilatçısıdır. Fars dili və ədəbiyyatı 1928-ci ildə Türkiyədə əlifbanın latın qrafikasına dəyişməsindən öncəyədək bu ölkənin müxtəlif təhsil səviyyələrində bir dərs kimi tədris olunurdu və indi bu keçmişlə, gənc nəsil arasında bu dilə maraq rəvac tapıbdır.

 

 

Şərhlər