Jul 03, 2019 19:19 Asia/Baku
  • Türkiyə: Qərb, Qərbi Asiyada yoxsulluq və terrorizmin yayılmasında rol oynayır
    Türkiyə: Qərb, Qərbi Asiyada yoxsulluq və terrorizmin yayılmasında rol oynayır

Türkiyənin daxili işlər naziri deyib: Qərb ölkələri öz ekspansianist maraqlarına çatmaq məqsədilə Qərbi Asiyada yoxsulluğa, səbatsızlığa və terrorizmə rəvac verirlər.

Suleyman Soylu bu gün Türkiyə, İran, Əfqanıstan, Pakistan, Azərbaycan Respublikası və İraqın iştirakı ilə keçirilən İstanbul təhlükəsizlik iclasının açılış mərasimində deyib: Qərb ölkələri bölgədə mühacirət, zorakılıq, terrorizm və yoxsulluğun genişlənməsində böyük rola malikdirlər.

Türkiyənin daxili işlər naziri əlavə edib: Qərb, Qərbi Asiyadakı zorakılıq və səbatsızlıq atmosferindən iqtisadi və siyasi istifadələr edir və dünyanın bütün məntəqələrinə zərər vurur.

İranın daxili işlər nazirinin hüquq-mühafizə məsələləri üzrə müavini Hoseyn Zolfəqari də bu iclasda vurğulayıb: İran və bölgə ölkələri bəzi Qərb ölkələrinin maraqlarının qurbanları olublar. Beynəlxalq statistikalar dünyada zorakılıq, toqquşma və insan haqlarının pozulması səbəbindən yetmiş milyondan çox mühacirin didərginliyindən söz açır və Yaxın Şərq bu böhranın mərkəzində yerləşir.

Şərhlər