Jul 11, 2019 13:30 Asia/Baku
  • Türkiyə XİN sözçüsü ABŞ-ı tənqid edib

Türkiyə xarici işlər nazirliyinin sözçüsü öz amerikalı həmkarının Ankara tərəfindən "S-400" rus raket sisteminin satın alınması barədəki sözlərini tənqid edib.

Türkiyə xarici işlər nazirliyinin sözçüsü Hami Aksoy dünən ABŞ dövlət departamenti sözçüsünün Ankara tərəfindən "S-400" rus raket sisteminin alınması barədəki sözlərini Türkiyənin daxili işlərinə qarışma adlandırıb.

Aksoy əlavə edib: Amerika Türkiyənin "S-400" rus raket sistemini almasına görə, Ankara-Vaşinqton əlaqələrinin pozulmasına bais olacaq bir addım atmamalıdır.

ABŞ dövlət departamentinin sözçüsü Morqan Ortaqos çərşənbə axşamı günü demişdi ki, Türkiyə tərəfindən "S-400" rus raket siseminin satın alınması ilə bağlı Vaşinqtonun mövqeyində heç bir dəyişiklik baş verməyibdir.

Şərhlər