Jul 12, 2019 20:35 Asia/Baku
  • S-400 raketlərindən ibarət ilk yük bu gün Türkiyəyə təhvil verilib

S-400 raketlərindən ibarət ilk yük bu gün Türkiyəyə rəsmilərinə təhvil verilib

Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyənin Müdafiə Nazirliyi bildirib ki, Rusiyanın S-400 raket sisteminin Türkiyəyə təhvil verilməsi prossesi qarşıdakı günlərdə də davam etdiriləcək.

Türkiyə MN-nin bəyanatında deyilir: Bu reaket sisteminin təhvili prossesinin yekunlaşması ilə ondan istifadəyə başlanılacaq.

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan son günlər müxbilrərə müsahibəsində demişdi ki, Türkiyə öz təhlükəsizliyinin təmini üçün S-400 raketlərini alıb və düşmənlər tərəfindən hədəfə alınarsa bu sistemdən istifadə edəcəkdir.

Bu raket sisteminin Türkiyə tərəfindən təhvil alınması Amerikanı qəzəbləndirib və Vaşinqton bildirib ki, S-400 raketləri Türkiyə tərəfindən təhvil alınarsa ABŞ F-35 təyyarələrinin Ankaraya satışını dayandıracaq və Türkiyəyə qarşı ağır sanksiyalar tətbiq edəcək.

Şərhlər