Sep 05, 2019 10:56 Asia/Baku
  • Türkiyə razılıqsız breksitdən 3 milyard dollar ziyan çəkəcək
    Türkiyə razılıqsız breksitdən 3 milyard dollar ziyan çəkəcək

Türkiyənin ticarət naziri bildirib ki, əgər İngiltərə Avropa Birliyindən razılıqsız şəkildə çıxmaq istəyərsə, bu ölkə ilə ticarətdə üç milyard dollardan çox ziyan çəkəcəkdir.

Türkiyənin ticarət naziri Ruhsar Pekcan dünən bildirib ki, bu ziyan polad, avtomobil və tekstil kimi sahələrdə idxalat tariflərinin artmasından irəli gəlir.

Pekcan əlavə edib: Bir çox Türkiyə şirkəti razılıqsız breksitin nəticələri barədə lazımi məlumata malik deyildir.

Ruhsar Pekcanın İngiltərənin Avropa Birliyindən razılıqsız şəkildə çıxacağı təqdirdə, Türkiyənin 3 milyard dollardan çox ziyan çəkəcəyindən nigaran olması elə bir haldadır ki, İngiltərə parlamentinin aşağı palatasının üzvləri dünən gecə 300 əleyhinə səs qarşılığında 329 səslə bu ölkənin Avropa Birliyindən ayrılması möhlətinin uzadılması ilə razılaşdılar.

Teqlər

Şərhlər