Sep 13, 2019 19:37 Asia/Baku
  • Əhməd Davudoğlu Ədalət və İnkişaf Partiyasından istefa verib

Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu hakim Ədalət və İnkişaf Partiyasından istefa verib.

Əhməd Davudoğlu deyib ki, o, öz iş qrupu ilə yanaşı, bu partiyadan istefa verib.

Türkiyənin keçmiş baş naziri əlavə edib: Hakim partiyada hədəflərimizin reallaşması imkanı yox idi. O, yeni siyasi bir partiya təsis edəcəyini bildirib.

Əhməd Davudoğlu iki il Türkuyənin baş naziri və Ədalət və İnkişaf Partiyasının lideri, həmçinin beş il bu ölkənin xarici işlər naziri olubdur.

Şərhlər