Sep 13, 2019 20:48 Asia/Baku
  • İki Türkiyə rəsmisi həbs olunub

Türkiyənin Diyarbəkir vilayətində yerləşən Kulp bələdiyyəsinin texniki məsələlər müdiri və demokratik xalq partiyasının təşkilat sədri dünən axşam bu vilayətə olmuş terror hücumu ilə bağlı həbs olunublar.

Bu şəxslərin həbsi partlayışdan bir neçə dəqiqə öncə hadisə yerində Kulp bələdiyyəsinə aid avtomobilin görünməsinə dari məlumatın alınmasından sonra həyata keçirilibdir. Dünən gecə Türkiyənin Diyarbəkir vilayətində yerləşən Kulp bölgəsində bir bomba partlyışı 7 nəfərin ölümünə, 13 nəfərin də yaralanmasına səbəb olubdur.

Məlumatlara görə, bu yolkənarı bomba fəhlələri və adi vətəndaşları daşıyan avtobus bölgədən keçərkən partlayıbdır.

Türkiyə hökuməti bu partlayışda PKK-nı günahlandırır.

Şərhlər