Türkiyənin hərbi təchizatlarının yeni partiyası Suriya sərhədlərinə daxil olub
https://azeri.sahartv.ir/news/türkiyə-i349988-türkiyənin_hərbi_təchizatlarının_yeni_partiyası_suriya_sərhədlərinə_daxil_olub
Türkiyə ordusunun hərbi təchizatlarının yeni partiyası “bu ölkənin Suriya ilə müştərək sərhədlərdə yerləşən bölmələrini himayə” adlandırılan məqsədlə həmin ölkənin cənubunda yerləşən “Şanlı Urfa” şəhərinə daxil olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 06, 2019 14:36 Asia/Baku
  • Türkiyənin hərbi təchizatlarının yeni partiyası Suriya sərhədlərinə daxil olub
    Türkiyənin hərbi təchizatlarının yeni partiyası Suriya sərhədlərinə daxil olub

Türkiyə ordusunun hərbi təchizatlarının yeni partiyası “bu ölkənin Suriya ilə müştərək sərhədlərdə yerləşən bölmələrini himayə” adlandırılan məqsədlə həmin ölkənin cənubunda yerləşən “Şanlı Urfa” şəhərinə daxil olub.

Zirehli avtomobil daşıyan doqquz yük maşınına və hərbçiləri daşıyan bir avtobusa şamil olan bu hərbi təchizatlar “Şanlı Urfa” şəhərinin “Akça Kala” rayonuna göndərilib.

Belə bir halda, Dəməşq dəfələrlə Türkiyə və Amerikanın Suriyanın şimalında təhlükəsiz bölgə yaratmaq üzrə qərarına qarşı çıxaraq, bildiribdir ki, bu qərar Suriya xalqının ərazi bütövlüyünün, suverenliyinin və birliyinin açıq şəkildə pozulması və beynəlxalq hüquq normaları və BMT Nizamnaməsinin kobud şəkildə pozulması deməkdir.