Nov 02, 2019 20:03 Asia/Baku
  • Türkiyə İŞİD-in avropalı üzvləri ilə bağlı Avropa ölkələrinə xəbərdarlıq edib

Türkiyənin daxili işlər naziri ölkənin İŞİD-çilərin oteli olmadığını və Ankaranın terror qruplaşmasının avropalı üzvlərini öz ölkələrinə geri qaytaracağını bildirib.

Süleyman Soylu, şənbə günü Avropa rəsmilərinin İŞİD-in avropalı üzvlərinin vətəndaşlığının ləğvi ilə bağlı sözlərinin qəbuledilməz olduğunu və Türkiyənin İŞİD məhbuslarını ölkələrinə qaytaracağını vurğulayıb.

Türkiyənin daxili işlər naziri Avropa ölkələrinin didərginlər və İŞİD-ə üzv avropalılar barədəki yanaşmasını məsuliyyətdən qaçmaq adlandırıb və qeyd edib ki, Türkiyə İŞİD-in ünsürlərindən heç biri üçün otel deyil və onlar bu ölkədən çıxmalıdırlar.

Türkiyənin Suriyanın şimalındakı son hərbi əməliyyatının başlanmasından bəri Türkiyə tərəfindən təkfirçi İŞİD qrupunun onlarla üzvünün həbs olunması haqda müxtəlif məlumatlar yayılıbdır.

Avropa ölkələrinin Türkiyənin Suriyanın şimalındakı son hərbi əməliyyatını tənqid etmələri və Suriyanın şimalında təhlükəsiz bölgənin yaradılması üçün Ankaranı müşayiət etməmələri bais olub ki, Türkiyə rəsmiləri vaxtaşırı Avropa ölkələrini didərginlərin Avropa tərəfə keçmələri üçün Türkiyə sərhədlərini açmaqla hədələsin.

Şərhlər