Nov 07, 2019 19:38 Asia/Baku
  • Ərdoğan ABŞ-ın Suriyadakı kürdlərə hərbi köməkləri haqda danışıb
    Ərdoğan ABŞ-ın Suriyadakı kürdlərə hərbi köməkləri haqda danışıb

Türkiyə prezidenti Amerikanın Suriyada Ankara ilə müxalif kürd qruplara hərbi yardımlarından xəbər verib.

Rəcəb Tayyıb Ərdoğan bu gün Macarıstana yola düşməzdən öncə Ankara hava limanında verdiyi müsahibədə Türkiyənin Suriyanın şimalındakı hərbi əməliyyatına toxunaraq, deyib: Amerika bu bölgədəki kürd qruplara təqribən 33 min treyler hərbi təchizat göndəribdir.

Türkiyə prezidenti əlavə edib ki, o, noyabrın 13-də Vaşinqtona getməlidir. Ərdoğan bu qərara elə bir halda gəlibdir ki, son zamanlar ABŞ prezidentinin ona ünvanlanmış təhqiramiz məktubu bu ölkənin siyasi dairələrində rezonansa səbəb olmuşdu.

Ərdoğan deyib ki, terrorçular hələ Suriyanın şimalındakı təhlükəsiz bölgədən geri çəkilməyiblər. O, əlavə edib: Terror qrupları Suriyanın şimalında bizə qarşı hücumlarını davam etdirməkdədirlər və biz hələ də öz razılaşmamızın icrası üçün Vaşinqtonun səylərinin intizarındayıq.

Şərhlər