Dec 04, 2019 09:48 Asia/Baku
  • Beş alman İŞİD-çisi Türkiyə vasitəsilə öz ölkəsinə qaytarılıb

Türkiyənin daxili işlər nazirliyi bildirib ki, Ankara İŞİD terror qrupunun beş alman üzvünü öz ölkəsinə qaytarıb.

Türkiyənin daxili işlər nazirliyi sonra bildirib ki, İŞİD terror qrupuna üzv olmaq günahına görə, bu ölkədə həbsdə olan beş Almaniya vətəndaşı Türkiyədən çıxarılaraq, öz ölkəsinə qaytarılıbdır.

Bir neçə gün bundan öncə də Türkiyə İŞİD terror qrupunun iki belçikalı üzvünü öz ölkəsinə qaytarmışdı.

Türkiyə noyabrın on birindən İŞİD-in avropalı ünsürlərini öz ölkələrinə qaytarmağa başlayıbdır.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu bundan öncə demişdi ki, bu ölkə İŞİD terrorçuları üçün otel deyil və Ankara bu qrupun avropalı üzvlərini öz ölkələrinə qaytaracaq.

 

Şərhlər