Dec 04, 2019 12:13 Asia/Baku
  • Ərdoğan NATO-ya xəbərdarlıq etdi

Türkiyə prezidenti NATO-ya, Ankaraya qarşı Terror təhdidlərini rəsmiyyətə tanımadığı təqdirdə NATO-nun müdafiə planlarına qarşı çıxacağı ilə xəbərdarlıq edib.

Röyters-in məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı günü bildirib; Əgər NATO Ankaranın terrorçu kimi tanıdığı qrupları , terrorçu tanımazsa, Türkiyə bu təşkilatın Baltikyanı ölkələri müdafiə planına qarşı çıxacaq.

Ərdöğan çərşənbə günü gecə NATO-nun sammitində iştirak üçün Londona yola düşməzdən əvvəl həmçinin deyib: Bununla bağlı NATO-nun zirvə sammitinin kənarında Baltikyanı ölkələrin başçıları ilə görüşlər keçirib fikir mübadiləsi aparacağıq.

Türkiyə və onun Şimali Atlantika Alyansı NATO çərçivəsindəki müttəfiqləri ilə münasibətləri bəzi səbəblərə, o cümlədən Ankaranın Rusiyadan Hava Hücumundan Müdafiə sistemlərini satın almasına və Suriyanın şmalına hücumuna görə problem ilə üzləşib.

Bəzi NATO üzvləri Türkiyənin Suriyanın şimalına hücumunu qınayıblar.

Ankara NATO-nun Baltikyanı ölkələr və Polşanı müdafiə planını himayəni,Türkiyənin kürd yaraqlılarına qarşı Suriyanın şimalına olan hərbi əməliyyatının daha çox dəstəklənməsi ilə şərtləndirib. 

Şərhlər