Yan 02, 2020 10:49 Asia/Baku
  • Ankara: Həftər qüvvələrinin hücumları dayanarsa, Türkiyə Liviyaya qüvvə göndərməyəcək
    Ankara: Həftər qüvvələrinin hücumları dayanarsa, Türkiyə Liviyaya qüvvə göndərməyəcək

Türkiyənin vitse-prezidenti Fuad Oktay dünən gecə deyib ki, general Xəlifə Həftərin komandanlığı altında olan Liviya milli ordusu adlı qrupun qüvvələrinin bu ölkənin paytaxtı Tripoliyə qarşı hücumlarının dayanacağı təqdirdə, Ankara Liviyaya qüvvə göndərməyəcək.

Oktayın bu sözlərinin müqabilində qeyd edək ki, Türkiyə parlamenti bu gün bu ölkənin hərbi qüvvələrinin Liviyada yerləşdirilməsinə icazənin verilməsilə bağlı qətnamə layihəsini səsə qoyacaq.

Türkiyə parlamenti dekabrın 21-də bu ölkə ilə Liviya Milli Birlik hökuməti arasında təhlükəsizlik və dəniz müqaviləsini ratifikasiya etdi.

Bu müqaviləyə əsasən, Liviya hökumətinin xahiş edəcəyi halda, Türkiyə həmin ölkəyə hərbi qüvvə və təchizatlar göndərəcək.

Türkiyə və Liviya təqribən bir ay bundan öncə Liviya Milli Birlik hökumətinin başçısı Faiz Əl-Səracın Ankaraya səfəri və Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğanla görüşü zamanı bu müqaviləni imzaladılar.

 

Teqlər

Şərhlər