İranda keçirilən "Dünya imperializmi ilə milli mübarizə günü" yürüşü dünya medialarında geniş şəkildə işıqlandırılıb.
İran İslam Respublikasının məhkəmə hakimiyyətinin sədri deyib ki, İran xalqı amerikalıların zorakılığına təslim olmayacaqdır.
Sepah-ın baş komandanı 13 aban gününü İran xalqının dünya imperializmi ilə mübarizə simvolu adlandırıb və vurğulayıb ki, dünya Amerikanın sözün əsl mənasında tənəzzülünün şahididir.
İranın təhlükəsizlik naziri deyib: Amerikalıların fitnəsinin məğlubiyyət, rüsvayçılıq və biabırçılıqdan savayı nəticəsi olmayacaq.
İran İslam Şurası Məclisinin sədri deyib: İran xalqı 13 aban yürüşündə göstərəcək ki, Amerika prezidenti Donald Tramp iranlıları dizə çökdürmək qüdrətinə malik deyildir.
"Dünya imperializmi ilə milli mübarizə günü" yürüşünün iştirakçıları bildiriblər ki, İran xalqı Amerikanın zalımcasına sanksiyalarını uğursuz qoyaraq, bu tarixi mərhələdən müvəffəqiyyətlə keçib gedəcəkdir.
Dünyanın zalım qüvvələri ilə mübarizə zəngi bu gün səhər, 13 aban, İran İslam Respublikasında "dünya imperializmi ilə milli mübarizə günü" ilə bir vaxtda, bütün İran məktəblərində çalınıb.
İslam inqilabının keşikçiləri korpusu 13 aban münasibəti ilə bir bəyanatda bildirib: Amerikanın çöküşü qəti və qaçılmaz faktdır və beynəlxalq ictimaiyyət nəhayət onu görəcək.
İslam inqilabının böyük rəhbəri Amerikanın sönüşünün dünyanın etibarlı fikir sahibləri tərəfindən reallığa çevrildiyini bildirərək vurğulayıblar: İran xalqı əziz gənclərinin stimulu, əhval-ruhiyyəsi və səyləri ilə parlaq və daha yaxşı gələcəyə malikdir.
İranın İslami Təbliğat üzrə Koordinasiya Şurası yaydığı bir məlumatda 13 aban- 4 noyabr gününü qeyd edərək vurğulayıb ki, 13 aban, İranın inqilabçı xalqının Amerikanın zülmü və şər hərəkətləri qarşısında müqavimətinin elan olunması günüdür.