May 11, 2017 09:12 Asia/Baku
  • Türkiyə: Ankara AB ilə əlaqələrini kəsməyəcək

Türkiyənin Avropa Birliyi məsələləri üzrə naziri Ankaranın bu birliklə əlaqələrini kəsmək niyyətində olmadığını deyərək, bildirib ki, Türkiyə Avropa Birliyinə üzvlük üzrə səylərini davam etdirəcəkdir.

IRIB-nin məlumatına görə, Ömər Çelik dünən Brüsseldə deyib: Türkiyə-Avropa Birliyi əlaqələrindəki son gərginlik ikitərəfli əlaqələrdə və Ankaranın Avropa Birliyinə üzvlük üzrə xahişində heç bir maneə törədə bilməz.

Avropalı rəsmilər son illər "Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğanın bu ölkədəki diktatorcasına siyasətləri" adlandırdıqları məsələ üstündə dəfələrlə bu ölkənin Avropa Birliyinə üzvlüyü ilə müxalifət ediblər.

Teqlər