May 16, 2017 19:08 Asia/Baku
  • Türkiyə xalqı Amerika və NATO-nu düşmən hesab edir
    Türkiyə xalqı Amerika və NATO-nu düşmən hesab edir

Həyata keçirilən rəy sorğularının nəticələri göstərir ki, Türkiyə xalqı ABŞ və NATO-nu özünə düşmən və təhdid hesab edir.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Yeni Şafak qəzetinin internet portalının həyata keçirdiyi rəy sorğusunun nəticələrinə görə təxminən bütün Türkiyə Amerikanı müttəfiq və dost deyil, düşmən  hesab edir. 

38 min adamın iştirak etdiyi bu rəy sorğusunda respondentlərin 97 faizi Amerikanı Suriyanın şimalındakı kürdlər və İŞİD-ə dəstək verdiyinə görə Türkiyənin düşməni hesab edir. 

Yeni Şafak qəzeti NATO barədə də oxşar bir rəy sorğusu aparıb və oxşar nəticələr əldə olunub. Respondentlərin 94.3 faizi NATO-nu Türkiiyəni terrorçular qarşısında himayə etmədiyinə görə təhdid hesab edir. 

Qəzetin oxucularından 10 min nəfər də ABŞ-ın Suriyada YPG silahlı bölmələrini himayə etdiyinə görə İncerlik hava bazasının Amerika hərbçilərinin üzünə bağlanmasını istəyir. 

Türkiyə Suriyanın şimalındakı kürdlərin silahlandırılmasının əleyhinə olarkən Vaşinqton bu kürdlərə silah-sursat göndərməkdə davam edir. 

Ötən gecə ABŞ prezidenti Donald Tramp Suriyanın şimalındakı kürdlərə silah verilməsinin davam etməsi barədə qərar verdi. 

Teqlər